q
  • Bakı 10° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Hesablama Palatası: Səmərəlilik auditi və informasiya sistemləri üzrə yeni addımlar

SİYASƏT

21 Aprel 2026 | 12:09

Hesablama Palatası: Səmərəlilik auditi və informasiya sistemləri üzrə yeni addımlar

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında çıxışı zamanı Azərbaycanda səmərəlilik auditlərinin inkişaf etdirilməsinə ehtiyac olduğunu bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, o qeyd edib ki, səmərəlilik auditlərinin ümumi audit portfelində payı müəyyən olunmuş hədəfə tam çatmayıb. Onun sözlərinə görə, bu istiqamətdə 93 faizlik icra səviyyəsi qeydə alınsa da, prosesin daha da təkmilləşdirilməsinə zərurət qalır. Gülməmmədov bunun səbəbləri kimi auditin resurs baxımından intensiv olması və ölkədə performans əsaslı büdcə mexanizminin tam formalaşmamasını göstərib.

Sədr həmçinin bildirib ki, ölkədə dövlət qurumlarına məxsus bəzi informasiya sistemlərinin ilk dəfə auditdən keçirilməsi həyata keçiriləcək.

Onun sözlərinə görə, 2021–2025-ci illəri əhatə edən strateji dövrdə ayrı-ayrı informasiya sistemlərinin auditi reallaşdırılıb və bu istiqamətdə hədəf göstəricisi 87 faiz səviyyəsində icra olunub. Bu nəticəyə əsas təsir edən amillərdən biri kadr potensialının məhdudluğu olub.

Gülməmmədov əlavə edib ki, hazırda müvafiq dövlət qurumları ilə müzakirələr aparılır və bir sıra informasiya sistemlərinin həm birgə, həm də ayrıca auditinin keçirilməsi planlaşdırılır. Eyni zamanda digər qurumların informasiya sistemlərinin inteqrasiyasının tam təmin olunmaması səbəbindən 2025-ci ilin sonunadək bütün hədəflərə çatmaq mümkün olmayıb. Bununla belə, artıq 5-dən çox dövlət qurumunun məlumatlarının Hesablama Palatasının sisteminə ötürülməsi ilə bağlı razılıq əldə edilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 Aprel 2026