• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

AFFA "Qarabağ" və "Sabah"ı da cəzalandırdı

İDMAN

21 Aprel 2026 | 11:54

AFFA "Qarabağ" və "Sabah"ı da cəzalandırdı

AFFA "Qarabağ" və "Sabah" klublarını cəzalandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsi qərar verib.

Azərbaycan Premyer Liqasının XXVIII turunda baş tutan "Qarabağ" - "Sabah" matçından sonra hər iki komandanın azarkeş sektorlarından meydana kənar şəxslərin daxil olması klubları ziyana salıb. Cari mövsümdə analoji halın ikinci dəfə yaşanması səbəbindən "Qarabağ" və "Sabah" klublarının hər biri 5000 manat məbləğində cərimə olunub.

Həmçinin "Sabah"ın 6 futbolçusu sarı vərəqə aldığı üçün klub əlavə 700 manat cərimə edilib. Komandanın oyunçusu Abdulla Xaybullayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, paytaxt təmsilçisi isə daha 1000 manat cəriməyə məruz qalıb.

Qeyd edək ki, turun mərkəzi görüşü qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026