Gəncə həyat yoldaşına balta ilə xəsarət yetirən şəxs tutulub.
Bakıvaxtı.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 45 Zöhrab Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
***
12:04
Gəncədə qadın ailə münaqişəsi zəminində xəsarətlər alıb.
Bakıvaxtı.az-ın Bizim.Media-ya isitnadən məlumatına görə, şəhər sakini, 1985-ci il təvəllüdlü S. Cəfərova bədənin müxtəlif nahiyələrinin açıq yaraları diaqnozu ilə şəhərdəki xəstəxanalardan birinə yerləşdirilib.
38 yaşlı qadına dərhal tibbi yardım göstərilib. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
İlkin versiyaya görə, qadına xəsarətləri həyat yoldaşı balta ilə yetirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, TƏBİB də hadisə ilə bağlı açıqlama yayıb.
"21.04.2026-cı il tarixində saat 02:20 radələrində 1 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, 1985-ci il təvəllüdlü şəxsə baş, boyun və çiyin nahiyyələrinin kəsilmiş yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir", - açıqlamada qeyd edilib.
Bakı 




