• Bakı 9° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Həyət evləri niyə bahalaşır? - Ekspertdən AÇIQLAMA

CƏMİYYƏT

14 Fevral 2023 | 15:50 | Müəllif: Qalib İbrahimoğlu

Həyət evləri niyə bahalaşır? - Ekspertdən AÇIQLAMA

Türkiyədə baş verən zəlzələ bütün qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da qorxu yaradıb. Yayılan məlumatlara görə, hündürmərtəbəli binalarda yaşayan bəzi sakinlər mənzillərini satıb həyət evlərinə üstünlük verirlər. Bu isə həyət evlərinini qiymətinin qalxmasına səbəb olur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, Türkiyədə baş vermiş zəlzələ digər qonşu ölkələrdə də bir təşvişə səbəb olub: “Çünki zəlzələ tək Türkiyədə deyil, Suriyada, daha əvvəl İranda baş verdi. Təbii ki, baş vermiş tələfat və fəlakətin böyük olma səbəbi təkcə zəlzələ deyil. Daha böyük səbəbkarlar o binaları tikən tikinti şirkətləri və rəy verən aidiyyati dövlət qurumlarıdır. Keyfiyyətsiz binalar səbəbindən qardaş ölkədə bu qədər insan itkisi baş verdi. Həmin ərazilərə nəzər saldıqda açıq-aydın görürük ki, sağlam şəkildə qalmış binalar da var. Həmin binalar onu deməyə əsas verir ki, onlarım keyfiyyəti daha yüksək olub”.

Türliyədəki zəlzələdən sonra Azərbaycanda həyət evlərinin bahalaşması barədə deyilənlərə gəlincə, ekspert bildirib ki, Azərbaycanda, xüsusən də paytaxtda bina və həyət evləri kifayət qədər bahadır: “Yəni, bahalı olduğuna görə, vətəndaş istədiyi vaxt gedib ev almaq imkanına malik deyil. Son illər, xüsusən də 2022-ci ildə mənzillər daha çox kreditli yollarla satılıb. Kreditli şəkildə satılan əmlakların da mütləq şəkildə çıxarışı olmalıdır ki, kredit və ya ipoteka şərtləri ilə əldə edə bilsinlər. Ənənəvi olaraq həyət evlərinin satışı aprel-may aylarında başlayır və avqust ayına qədər davam edir. Bu aylarda daim həyət evlərində qiymət artımı baş verib. Böyük ehtimal zəlzələ səbəbindən həyət evlərinə olan tələbat bir az daha tez baş verəcək. Lakin şəhərin mərkəzinə doğru bəzi yaşayış massivlərində villaların qiyməti bahadır”.

E.Fərzəliyev vurğulayıb ki, kənar ərazilərdə isə ucuz təklif olunan həyət evləri var: “Bu ərazilərdə də çox ciddi sənəd problemləri var. Həyət evlərinin zəlzələyə davamlılığından danışsaq, biz sosial şəbəkələrdə dağıntıların daha çoz bina evlərində olduğunu görürük, lakin tam da belə deyil. Türkiyənin zəlzələ baş verən ərazilərində çox böyük kənd və qəsəbələri də dağıntılar altında qalıb. Yəni, tikintinin keyfiyyəti aşağı olarsa, bu, evin bina evi olub-olmamasına baxmır. Bizdə həyət evləri həmin ərazilərdən daha möhkəmdir. Çünki biz həyət evlərini daha çox mişar daşından tikməyə üstünlük veririk. Bunun özü də həmin tikilinin möhkəmliyinə gətirib çıxarır”.

Müsahibimizin sözlərinə görə, qiymət artımı əvvəlki kimi olacaq: “Çünki Azərbaycanın öz alıcı kütləsi var. Qiymətlər çox qalxsa da, həmin evlər alınacaq”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR