• Bakı 17° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Hikmət Hacıyev Türkiyənin ABŞ-dakı səfiri ilə görüşüb

SİYASƏT

07 Iyun 2022 | 08:45 | Müəllif: Qalib İbrahimoğlu

Hikmət Hacıyev Türkiyənin ABŞ-dakı səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyinin “Twitter“ səhifəsindəki paylaşımda bildirilib.

“Səfir Hasan Murat Mercan Azərbaycan Prezidentinin köməkçisi ilə görüşdü. Onlar iki ölkə arasında qardaşlıq münasibətlərini bir daha təsdiq edib, regional məsələlər ətrafında fikir mübadiləsi apardılar”,- deyə paylaşımda qeyd olunub.

Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.

Ramid


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026