• Bakı 12° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hikmət Hacıyevdən UNESCO-ya ÇAĞIRIŞ

SİYASƏT

02 Dekabr 2021 | 11:10

Hikmət Hacıyevdən UNESCO-ya ÇAĞIRIŞ

“Azərbaycanın strategiyası budur ki, regionda sülh olsun. Azərbaycan Prezidenti tələb edir ki, ölkələrin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı şəkildə tanınsın”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda deyib.

O bildirib ki, hazırda dayanıqlı sülhün bərqərar olması əhəmiyyətlidir.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın əraziləri işğal altında olarkən həmin yerlərdəki mədəni irslər dağıdılıb.

“Biz UNESCO-nu dəvət edirik ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı həyata keçirilmiş addımları görsünlər”, - deyə Hikmət Hacıyev əlavə edib.

Hikmət Hacıyev bildirib ki, Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin bərqərar olması vacibdir. (oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026