• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hindistan bu il 22 milyard dollarlıq qızıl alıb

İQTİSADİYYAT

15 Avqust 2024 | 23:28 | Müəllif: Gülşən Şərif

Hindistan bu il 22 milyard dollarlıq qızıl alıb

 Bu ilin ilk yeddi ayı ərzində Hindistan 22,234 milyard ABŞ dolları dəyərində qızıl idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12 % çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

“2024-cü ilin iyul ayında Hindistan 3,13 milyard ABŞ dolları dəyərində qızıl idxal edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 11 % azdır, lakin 2024-cü ilin iyun ayı ilə müqayisədə 2 % çoxdur. 2024-cü ilin ilk 7 ayı ərzində ümumi qızıl idxalı 22,234 milyard ABŞ dolları təşkil edib”, - məlumatda deyilir.

Hindistan özündə demək olar qızıl istehsal etmədən dünyada qızılın ən böyük istehlakçılarından biridir.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026