• Bakı 20° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8601

    RUB - 0.0175

İKT sektorunda orta aylıq əməkhaqqı 13 %-ə yaxın artıb

İQTİSADİYYAT

14 Sentyabr 2024 | 15:13

İKT sektorunda orta aylıq əməkhaqqı 13 %-ə yaxın artıb

 Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 704 manat təşkil edib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət sektorunda bu göstərici 1 496 manat, özəl sektorda isə 1 855 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 12,5 %, o cümlədən dövlət sektorunda 16,3 %, özəl sektorunda isə 9,7 % artıb.

Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı avqustun 1-nə 33,7 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 3,7 % çoxdur.


SON XƏBƏRLƏR