• Bakı 23° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Serbiya və Azərbaycan arasında razılaşma imzalanacaq 

İQTİSADİYYAT

14 Sentyabr 2024 | 13:52

Serbiya və Azərbaycan arasında razılaşma imzalanacaq 

"Serbiya və Azərbaycan əlavə qaz tədarükü ilə bağlı rəsmi razılaşma imzalamaq üzərində çalışır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Serbiyanın mineral sənaye və energetika naziri Dubravka Cedoviç deyib.

Sentyabrın 13-də Novi Sad şəhərinə səfəri zamanı nazir "Srbijagas" şirkətinin qərargahını ziyarət edib.

“Noyabrda “Banatski dvor” yeraltı qaz anbarında 750 milyon kubmetr, Macarıstanın qaz anbarında isə 163 milyon kubmetr qaz olacaq. Biz, həmçinin, tələbata uyğun olaraq Azərbaycandan alacağımız əlavə həcmlər barədə də razılığa gəlmişik və yaxın vaxtlarda sazişi rəsmiləşdirəcəyik”, - Cedoviç qeyd edib.

O, Serbiyanın öz ərazisində qaz anbarına strateji maraq göstərdiyini vurğulayıb.

"2026-cı ilin sonuna qədər "Banatski Dvor"da 1,5 milyard kubmetr qaz saxlanacaq. Götürülən tədbirlər yaxın 25 il ərzində enerji təhlükəsizliyi və stabilliyinə mühüm töhfə verəcək".

Qeyd edək ki, Serbiya bu ilin əvvəlindən Azərbaycandan qaz tədarük edir və bu dövrdə 23 milyon kubmetr qaz əldə edib. 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Srbijaqas” şirkəti arasında Azərbaycan qazının Serbiyaya tədarükü haqqında müqavilə bağlanıb. Müqavilə 2024-2026-cı illərdə bu ölkəyə 400 milyon kubmetrə qədər Azərbaycan qazının tədarükünü nəzərdə tutur və 2027-ci ildən etibarən bu həcm artırıla bilər. Qaz Bolqarıstan üzərindən Serbiyaya tədarük olunur.


SON XƏBƏRLƏR