• Bakı 23° C

    6.19 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Hizbullah Təl-Əvivi hədəf aldı

DÜNYA

19 Noyabr 2024 | 11:48

Hizbullah Təl-Əvivi hədəf aldı

Hizbullah İsrailin paytaxtı Təl-Əvivdəki həssas hərbi nöqtələrə pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil etdiyini açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Hizbullah tərəfindən edilən yazılı açıqlamada Təl-Əvivdəki həssas hərbi nöqtələrin PUA-larla hədəf alındığı bildirilib.

Açıqlamada hədəf alınan hərbi nöqtələrin daha sonra paylaşılacağı bildirilib.

Mətbuatın verdiyi məlumata görə, dünən axşam saatlarında Livandan Təl-Əviv yaxınlığındakı Ramat Qan və Beni Brak bölgələrinə atılan raketlər nəticəsində biri ağır olmaqla 5 nəfər yaralanıb. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

06 Sentyabr 2025