• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Husilər 98 gəmiyə hücum ediblər

DÜNYA

19 Aprel 2024 | 00:50 | Müəllif: Subhan Mahmudov

Husilər 98 gəmiyə hücum ediblər

Yəmənin üsyançı “Ənsar Allah” (Husi) hərəkatının üzvləri Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının yeni eskalasiya mərhələsi başlayandan bəri ən azı 98 gəmiyə hücum ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bunu üsyançıların lideri Abdel Malik əl-Husi deyib.

“Qəzza zolağında döyüşçülərə dəstək məqsədilə iki həftə ərzində həyata keçirilən əməliyyatların sayı 14-ə çatıb. Əməliyyatlar Qırmızı dənizin sularından Hind okeanına qədər həyata keçirilib”, - deyə əl-Husi bildirib.

Husilər əməliyyatlar çərçivəsində 36 PUA, eləcə də ballistik və qanadlı raketlər buraxıblar. Üsyançı lider əməliyyatların Hind okeanı və İsrailin cənubundakı hədəflərə qarşı aparıldığını bildirib.

“Düşmən tərəfi ilə əlaqəli 8 gəmini vurduq, bununla da hücuma məruz qalan gəmilərin ümumi sayını 98-ə çatdırdıq”, - deyən Əl-Husi “əməliyyatların hələ də davam etdiyini” bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR