ABŞ-ın Florida ştatında “İan” qasırğası nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb.
Bu barədə Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir.
Ölənlərdən 98-i Florida, 4 isə Şimali Karolina sakinləridir. Axtarış-xilasetmə işləri davam etdirilir.
Qasırğanın Florida ştatına vurduğu zərərin aradan qaldırılması üçün illər lazımdır. 630 mindən çox insanın işıqsız qaldığı bildirilir.
Nuranə Daxilqızı
















