• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İçərisində Azərbaycan vətəndaşları olan gəmi BATDI

HADİSƏ

16 Aprel 2022 | 09:23 | Müəllif: Subhan Mahmudov

İçərisində Azərbaycan vətəndaşları olan gəmi BATDI

Tunisin Qabes şəhər limanı yaxınlığında ticarət gəmisi batıb.

Bakıvatxı.az xəbər verir ki, bu barədə yerli Mülki Müdafiə İdarəsi məlumat verib.

Gəminin Türkiyə və Azərbaycan vətəndaşlarından ibarət yeddi nəfərlik heyət üzvü olub. Qeyd olunur ki, heyət üzvləri xilas edilib və Qabes şəhərində xəstəxanaya yerləşdiriliblər.

Bildirilib ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi gövdəsinə su dolması səbəbindən batmağa başlayıb. Heyət üzvləri siqnal raketlərindən istifadə ediblər və sahil mühafizəsi bunun vasitəsilə vəziyyətdən xəbərdar edilib.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026