• Bakı 22° C

    0.99 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

İçkiyə ən çox bu rayonumuz pul xərcləyir - SİYAHI

CƏMİYYƏT

09 Iyun 2026 | 18:15

İçkiyə ən çox bu rayonumuz pul xərcləyir - SİYAHI

Bu ilin ilk rübündə (yanvar-fevral-mart) Azərbaycanda əhali alkoqollu içkilərə ayda adambaşına orta hesabla 2,35 manat vəsait xərcləyib.

Bakıvaxtı.az Yeniavaz.com-a istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5% artıb.

Qeyd edək ki, alkoqollu içkilərə ən çox Qazax-Tovuz iqtisadi rayonunda pul xərclənib. Bu iqtisadi rayonda sakinlər ayda adambaşına orta hesabla 3,9 manat içkiyə pul xərcləyiblər. İçkiyə ən az pul xərcləyənlər isə Lənkəran-Astara iqtisadi rayonunda yaşayanlar olub - ayda adambaşına orta hesabla 1,4 manat.

Alkoqollu içkilərə ayda adambaşına xərclənən vəsait iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:

Bakı - 2,5 manat;

Abşeron-Xızı - 2,5 manat;

Dağlıq Şirvan - 1,6 manat;

Gəncə-Daşkəsən - 2,5 manat;

Qarabağ - 2,4 manat;

Qazax-Tovuz - 3,9 manat;

Quba-Xaçmaz - 2 manat;

Lənkəran-Astara - 1,4 manat;

Mərkəzi Aran - 2,5 manat;

Mil-Muğan - 2,2 manat;

Naxçıvan - 2,4 manat;

Şəki-Zaqatala - 2,6 manat;

Şərqi Zəngəzur - 2,2 manat;

Şirvan-Salyan - 1,5 manat.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR