• Bakı 13° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İcra Hakimiyyəti binasında insident - Qadın saxlanıldı (YENİLƏNİB)

CƏMİYYƏT

29 Avqust 2022 | 11:14 | Müəllif: Subhan Mahmudov

İcra Hakimiyyəti binasında insident - Qadın saxlanıldı (YENİLƏNİB)

"Tamara Hümbətova əvvəllər də həbs həyatı yaşayıb. Bir neçə sutka həbs cəzası alıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Gədəbəy rayonunun Slavyanka kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Ələsgərov deyib. 

O bildirib ki, T.Hümbətovanın həyat yoldaşı bir neçə il əvvəl yol-nəqliyyat hadisəsi zamanı həlak olub. 

"Onun iki oğlu var. Kiçik övladı Ülvi Hümbətov Vətən müharibəsində iştirak edib".

***10:42

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun qəbulu zamanı insident baş verib.

Bakıvaxtı.az “qafqazinfo”ya istinadən xəbər verir ki, qəbuldan əvvəl yaranmış növbə zamanı rayonun Slavyanka kənd sakini, 1980-ci il təvəllüdlü T.Hümbətova ilə digər şikayətçilər arasında dava-dalaş olub.

T.Hümbətovaya qəbul sırasında şəhid ailələri və qazilərin öndə olduğu bildirilib. Deyilənlərə görə, o, səs-küy salaraq yarım saat müddətində icra hakimiyyətində normal iş ahəngini pozub. Qurumdakı mühafizə polisi əlavə naryad dəvət etdikdən sonra 42 yaşlı qadın saxlanılaraq Gədəbəy Rayon Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin xuliqanlıq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan qadın protokolla birgə Gədəbəy Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə bildirilib ki, T.Hümbətova əvvəllər də həbs həyatı yaşayıb və dəfələrlə İcra Hakimiyyətində qəbullarda iştirak edib. Məhkəmə ona 25 sutka həbs cəzası təyin edib.

Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov avqustun 11-də bu rayona icra başçısı təyin olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR