İsmayıllı rayonunun Basqal kəndi ərazisində üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, axşam saatlarında hərəkətdə olan "Mercedes" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. /APA



jpg-1670219269.webp)












