• Bakı 17° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Xəzərdə suitilərin kütləvi ölümü: 2500-dək suiti... -YENİLƏNİB

HADİSƏ

04 Dekabr 2022 | 20:48

Xəzərdə suitilərin kütləvi ölümü: 2500-dək suiti... -YENİLƏNİB

Xəzərdə suitilərin kütləvi ölüm halları artıb.

Bakıvaxtı.az xəbər verir ki, Qırmızı Kitaba düşən suitilərin sayı artaraq 2500-ə çatıb. Hazırda Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ölmüş suitilərin sayını hesablamağa davam edir.

Qeyd olunur ki, ölü heyvanlar Yüzbaş ərazisində, eləcə də Sulak və Şurinka çaylarının mənsəbləri arasında aşkar edilib.

Bildirilib ki, son 10 ildə suitilərin bu cür kütləvi ölümü aşkar edilməmişdir.

Suitilərin ölüm halları aparılan monitorinqlərin nəticəsindən sonra bəlli olacaq.

***19:41

Xəzər dənizinin Dağıstan Respublikası ərazisindəki sahilində 700 suiti leşi aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federal Balıqçılıq Agentliyi məlumat yayıb.

Bildirilib ki, Mahaçqala şəhərinin Kirov rayonu ərazisində Xəzər sahilində 700-ə qədər suiti leşi aşkar edilib. Mütəxəssislər məhv olmuş suitilərin sayının arta biləcəyini ehtimal edirlər.

Dəniz heyvanlarının hansı səbəbdən məhv olduğunu müəyyən etmək üçün laboratoriya tədqiqatları aparılır.

***15:37

Aparılan təhlillər nəticəsində suitilərin Xəzərdə kütləvi şəkildə tələf olmasının əsas səbəbi təbii faktorların olduğu üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dağıstanın Təbiət Nazirliyi məlumat yayıb.

“Suitilərdən böyük həcmdə nümunələri toplanılıb, həmçinin bakterial analizlər və virusoloji tədqiqatlar aparılıb. Toplanmış materiallar Moskva və Həştərxandakı laboratoriyalara göndərilib. Nəticədə Xəzər suitilərinin ölümünə təbii amillər səbəb olduğu üzə çıxıb”, - məlumatda qeyd olunub.

Nazirlikdən bildirilib ki, 300-dən çox suitinin tələf olması onların populyasiyasına ciddi təsir göstərməyəcək.

Hazırda Xəzər dənizində 270-300 min suitinin olduğu bildirilir.


SON XƏBƏRLƏR

25 Aprel 2024