• Bakı 13° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Sumqayıtda DƏHŞƏTLİ HADİSƏ: İki azyaşlı yanaraq öldü - YENİLƏNİB

HADİSƏ

04 Dekabr 2022 | 16:15

Sumqayıtda DƏHŞƏTLİ HADİSƏ: İki azyaşlı yanaraq öldü - YENİLƏNİB

Sumqayıt şəhərində bir-birinə bitişik tikilən evlərdən (müxtəlif konstruktiv elementlərdən ibarət özbaşına tikililər) ümumi sahəsi 45 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, ümumi sahəsi 60 m² (hər mərtəbəsi 30 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfər azyaşlının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evlərin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

***15:13

Sumqayıtda iki azyaşlı yanaraq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb. Belə ki, fərdi yaşayış evlərinin birində baş verən yanğın zamanı 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyeva yanaraq ölüb.

Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 


SON XƏBƏRLƏR

27 Mart 2024