• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Almaniyada Azərbaycan vətəndaşı bıçaqlandı

HADİSƏ

03 Yanvar 2023 | 13:35

Almaniyada Azərbaycan vətəndaşı bıçaqlandı

Almaniyada qaçqın yataqxanasında dava olub, Azərbaycan vətəndaşı bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Bielefeld Şəhər Polis Mərəzinin Mətbuat Xidmətindən bildirilib.

Belə ki, hadisə dekabrın 31-də, axşam saatlarında Bielefeldəki sığınacaq axtaranların müvəqqəti məskunlaşdığı yataqxanalardan birində qeydə alınıb.

Məlumata görə, İran və Somalidən olan iki şəxsin mübahisəsi əlbəyaxa davaya çevrilib. Bu zaman Somalidən olan şəxs tərəfləri sakitləşdirmək istəyən Azərbaycan vətəndaşı, 31 yaşlı Samir Orucova mətbəx bıçağı ilə xəsarət yetirib.

Yaralı hadisə yerinə gələn təcili yardım avtomobili ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Xəstəxanadan S.Orucovun yarasının yüngül olduğu deyilib.

Bielefeld polisindən bildirilib ki, İran və Somali vətəndaşları saxlanılıb. Onlar barəsində cinayət işi açılıb. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR