Cəlilabad rayonunda ağır yol qəzasında xəsarət alan 3 nəfərin (1 kişi, 2 qadın) vəziyyəti orta ağır, 2 nəfərin (kişi cinsli) durumu isə kritik ağır olaraq qiymətləndirilir.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, dekabrın 14-də saat 10:00 radələrində Cəlilabad rayonunda baş verən qəza ilə əlaqədar 5 nəfər (3 kişi, 2 qadın olmaqla) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
"Onlara müxtəlif nahiyələrin küt travması, daxili qanaxma, kəllə sümüklərinin açıq sınığı və qarın boşluğu orqanlarının zədələnməsi diaqnozları qoyulub", - qurumdan bildirilib./report
***
12:36
Cəlilabadda ağır yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, onlar 1987-ci il təvəllüdlü Ülkər Səmədova, 1964-cü il təvəllüdlü Zemfira Ağayeva, 1986-cı il təvəllüdlü Rəşad Rzayev, 1993-cü il təvəllüdlü Şövqi Qasımlı və Mehrac Qəhrəmanovdur.
Yaralılardan ikisinin vəziyyəti kritik ağırdır.
***
10:32
Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili "VAZ-2107" markalı minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, toqquşma nəticəsində ölən və xəsarət alanlar var. Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
















