• Bakı 24° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

İki uşaq anası intihar etdi

HADİSƏ

01 Sentyabr 2023 | 09:09

İki uşaq anası intihar etdi

Goranboyda Kəlbəcər sakini intihar edib.

Bakıvaxtı.az xəbər verir ki, 1981-ci il təvəllüdlü İsmayılova Arifə İmamverdi qızı rayonunun Börü kəndindəki fərdi yaşayış evinin həyətindəki tövlənin tavanından təsərrüfat təyinatlı kəndirlə özünü asaraq intihara cəhd edib.

Hadisəyə anası Məleykə Həsənova müdaxilə edib.

O, məişətdə istifadə edilən bıçaqla kəndiri kəsərək A.İsmayılovanı Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Xəstəxanada həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq, A.İsmayılova ölüb.

Mərhumun iki övladı var idi.

Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026