• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İlham Əliyev Polad Həşimovun qızı ilə danışarkən kədərləndi - VİDEO

CƏMİYYƏT

02 Fevral 2022 | 23:25 | Müəllif: Subhan Mahmudov

İlham Əliyev Polad Həşimovun qızı ilə danışarkən kədərləndi - VİDEO

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib. Forumda dövlət başçısı gənclərin suallarını da cavablandırıb.

Ölkə rəhbərinə müraciət ünvanlayanlar arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızı, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Aybəniz Həşimova da olub.

Aybəniz Həşimova: Sizi görmək fürsətindən istifadə edərək, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə sizə təşəkkür etmək istəyirəm!

Prezident İlham Əliyev: Milli Qəhrəmanımız müharibədən əvvəl öz canını vətən uğrunda fəda etmişdir. Qəhrəmancasına həlak olmuşdur. Müharibədən əvvəl Qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox tədbirlər vardı. Gördüm ki, bir binanın üzərində onun portreti asılıb. Mən maşını dayandırdım, gəldim onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm də gələcək haqqında öz sözlərimi dedim.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026