• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Lvovda soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb

CƏMİYYƏT

04 Mart 2022 | 20:06 | Müəllif: Subhan Mahmudov

Lvovda soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb

Ukraynanın döyüş gedən şəhərlərindən Lvova gələn soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Lvov Azərbaycanlıları Konqresinin sədri Teymur Məmmədov bildirib ki, bu məntəqələrdə azərbaycanlıların zəruri qida ehtiyacları ödənilir. Daha sonra isə soydaşlarımız avtobuslarla Ukrayna - Polşa sərhədinə yola salınır.

Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026