• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Başqasının yerinə imtahana girmək istədi...

CƏMİYYƏT

03 Aprel 2022 | 15:55 | Müəllif: Qalib İbrahimoğlu

Başqasının yerinə imtahana girmək istədi...

Uzun illərin imtahan təcrübəsi göstərir ki, əvvəlki illərin məzunları üçün keçirilən imtahanlarda qaydalara riayət etməyən, nizam-intizamı pozmağa cəhd edən abituriyentlərin sayı daha çox olur.

Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən bildrlib.

Məlumata görə, bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Onlardan 3 nəfər kənardan kömək almaq məqsədilə sual kitabçasının şəklini çəkib öz yaxınlarına göndərib. İmtahanın gedişi zamanı bu hal nəzarətçilər tərəfindən aşkar olunub. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb.

Qeyd olunan bütün qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026