• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İlham Əliyevdən 8 milyon manatlıq SƏRƏNCAM

SİYASƏT

15 Sentyabr 2021 | 15:28

İlham Əliyevdən 8 milyon manatlıq SƏRƏNCAM

Prezident İlham əliyev Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, sərəncamla iyirmi doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş vəsaitin 8,0 (səkkiz) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR