• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi  - YENİLƏNİB

SİYASƏT

10 Aprel 2023 | 13:28

İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi - YENİLƏNİB

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, “Akorda” Prezident Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndirilib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

 

13:13

Hazırda Prezident İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi keçirilir.

Bakıvaxtı.az mərasimdən canlı yayımı təqdim edir.

Qeyd edək ki, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib.


İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi - YENİLƏNİBİlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi - YENİLƏNİBİlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi - YENİLƏNİBİlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi - YENİLƏNİBİlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi - YENİLƏNİBİlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi - YENİLƏNİBİlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi - YENİLƏNİBİlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi - YENİLƏNİBİlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi - YENİLƏNİBİlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi - YENİLƏNİBİlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi - YENİLƏNİBİlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR