• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib - VİDEO

SİYASƏT

07 May 2021 | 17:56

İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib - VİDEO

Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı BBC-yə verdiyi müsahibə "Twitter"də 3 milyon baxış sayını keçib.

Bakıvaxtı.az-ın məlumatına görə, 85 mindən çox insan tərəfindən bəyənilən paylaşıma 3 minə qədər şərh gəlib. 33 minə qədər insan isə videonu öz profilində paylaşıb.

Qeyd edək ki, təkcə 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın müsahibə verib. Prezident bütün müsahibələrində Azərbaycanın beynəlxalq hüquqa hörmətlə yanaşdığını, ədaləti müdafiə etdiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdiyini dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Bu baxımdan, Prezident İlham Əliyevin 3 milyondan çox izlənilən müsahibəsinin xüsusi əhəmiyyəti var. İndiyə qədər Azərbaycanla bağlı heç bir müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026