• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İlin ilk Ay tutulması bu tarixdə baş verəcək

CƏMİYYƏT

13 May 2022 | 16:21 | Müəllif: Subhan Mahmudov

İlin ilk Ay tutulması bu tarixdə baş verəcək

Mayın 16-da 2022-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Bu, tam Ay tutulması olacaq.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Bakıvaxtı.az-a bildirilib ki, tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq.

Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026