• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İlon Maskın şirkəti orbitə daha 46 internet peyki çıxardı

CƏMİYYƏT

12 Iyul 2022 | 04:45 | Müəllif: Qalib İbrahimoğlu

İlon Maskın şirkəti orbitə daha 46 internet peyki çıxardı

İlon Maskın “SpaceX” kompaniyasına məxsus “Falcon 9” raketi növbəti “Starlink” mini-peyk qrupunu orbitə çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yer alıb. Qeyd olunur ki, daşıyıcı raket  ABŞ Hərbi Hava Qüvvələrinin Vandenberq (Kaliforniya ştatı) meydançasından start götürüb. Yaxın yerətrafı orbitə daha 46 mini-peyk çıxarılıb.

Məlumata görə, dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 11 min kosmik aparat çıxarmağı planlaşdırır. Şirkətin qiymətləndirməsinə əsasən, internet peyklərinin buraxılışı və istismarı 10 milyard dollara başa gələcək. “Starlink” şəbəkəsi planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin etməyə imkan yaradacaq.

2019-cu ilin mayından bəri kompaniya orbitdə 2,5 mindən çox “Starlink” peyki yerləşdirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026