İmişlidə ev yanıb.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, hadisə rayonun Qaralar kəndində qeydə alınıb. Ümumi sahəsi 150 m² olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















