Noyabrın 3-ü Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub. Kimliyi bilinməyən şəxs İmran Xanın da içərisində olduğu avtomobilə atəş açıb. Həmin şəxs saxlanılıb.
Bakıvaxtı.az “GEO” telekanalına istinadən xəbər verir ki, sui-qəsd cəhdinin dəqiq təfərrüatları hələ ki məlum deyil.
Yayılan xəbərlərə görə, İmran Xansui - qəsd zamanı hər iki ayağından yaralanıb.
Səbuhi Elnur
















