• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İngiltərə peyvənd pasportlarından imtina etdi

DÜNYA

13 Sentyabr 2021 | 14:44

İngiltərə peyvənd pasportlarından imtina etdi

Səhiyyə naziri Sacid Cavid İngiltərə hökumətinin İngiltərədəki gecə klubları və kütləvi tədbirlər üçün "peyvənd pasportları" tətbiq etmək fikrini dəyişdiyini deyib.Bu barədə BBC Rus Xidməti yazır.

Bakıvaxtı.az xəbər verir ki, planın ümumiyyətlə ləğv edilmədiyi, lazım gələrsə, payızda və ya qışda tətbiq oluna biləcəyi qeyd olunur. Bu peyvənd sertifikatı, mənfi bir kovid testi və ya xəstəliyin keçirilməsi ilə bağlı sənədin təqdim olunmasını tələb edir.

Verdiyi müsahibədə nazir tədbirlərdə iştirak etmək üçün insanlardan sənəd təqdim etməsi fikrini heç vaxt bəyənmədiyini və yüksək peyvənd nisbətinin, müvəffəqiyyətli testlərin, müalicənin və xəstələrin təmaslarının izlənilməsinin pasportları lazımsız hala gətirdiyini bildirb.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026