• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

İnşaat işçisi kəndlilərə atəş açdı - 1 ölü, 2 yaralı

CƏMİYYƏT

03 Sentyabr 2024 | 13:53

İnşaat işçisi kəndlilərə atəş açdı - 1 ölü, 2 yaralı

Türkiyənin Artvin vilayətində kəndlilərlə inşaat işçiləri arasında silahlı toqquşma olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə Hopa rayonunda qeydə alınıb. Meşə parkı layihəsi üçün tikinti texnikasının əraziyə daxil olması kəndlilərin narazılığı ilə nəticələnib. Bundan sonra tenderdə qalib gələn Məhəmməd Ustabaş adlı şəxs kəndlilərə odlu silahdan atəş açıb.

Hadisə nəticəsində bir nəfərin öldüyü, iki nəfərin yaralandığı deyilir.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.


SON XƏBƏRLƏR

14 Sentyabr 2024