Dünya yavaş-yavaş neftdən uzaqlaşır. Türkiyə şirkətlərinin də qatıldığı Paris Aviasiya Sərgisində avtomobillərdə geniş yayılan hibrid texnologiyanın təyyarələrdə nümunəsi nümayiş olunub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Paris Aviasiya Sərgisində dünyanın hər yerindən şirkətlər öz məhsullarını nümayiş etdirirlər. Yarmarkada ən populyar təyyarələrdən biri də hibrid texnologiya ilə uça bilən təyyarədir.
Hələlik yalnız benzin mühərriki ilə işləyən təyyarənin qeyri-adi dizaynı təsadüfi deyil.Uzun müddətdir ki, onun aerodinamikası üzərində çalışan mühəndislər təyyarənin 50% daha səmərəli işləyəcəyini iddia edirlər.
Elektrik mühərriklərinin istifadəsi ilə təyyarənin eniş zamanı səssiz qalması hədəflənir. Beləliklə, ətraf mühitin çirklənməsini azaltmaqla yanaşı, səs-küyün də qarşısı alınacaq.
Təyyarənin hibrid versiyasının ilk uçuşunu 2024-cü ilin ikinci rübündə edəcəyi düşünülür.
Şirkətin əvvəlki təyyarəsinin adi təyyarələrlə müqayisədə karbon qazı emissiyasını 65% azaltdığı iddia edilir. İqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün hazırlanan təyyarənin nə vaxt geniş yayılacağı böyük maraq doğurur.
Ay Tac











jpg-1689831646.webp)


