İran Futbol Federasiyası ABŞ-ni iranlı azarkeşlərin Dünya Kuboku oyunlarında iştirakına mane olmaqda ittiham edib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, federasiyanın yaydığı bəyanatda ABŞ-nin İran millisinin qrup mərhələsi oyunları üçün ayrılmış bilet kvotasını ləğv etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, 2026-cı il Dünya Kubokunun başlamasına üç gündən az vaxt qaldığı halda, ABŞ iranlı azarkeşlərin stadionlarda milli komandalarını dəstəkləməsinə mane olmaq üçün növbəti addım atıb.
Buna baxmayaraq, İran millisinin futbolçuları və texniki heyəti ABŞ vizalarını alaraq iyunun 7-də Meksikaya gəlib. Lakin azarkeşlərin oyunlara qatılması ilə bağlı qeyri-müəyyənlik davam edir.
Federasiya baş verənləri iki ölkə arasında davam edən siyasi gərginliyin növbəti təzahürü kimi qiymətləndirib. ABŞ rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Fatimə İbrahimova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 



