• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

İran ordusu Azərbaycanla Ermənistan sərhədində

DÜNYA

19 Sentyabr 2022 | 16:03

İran ordusu Azərbaycanla Ermənistan sərhədində

"İran ordusunun quru qoşunları və zirehli briqadaları Azərbaycan və Ermənistan sərhədində yerləşdirilib".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Ermənistan-İran İnkişaf Fondu"nun təsisçisi Pouya Hüseyni deyib. 

"İran ordusunun quru qoşunları, zirehli briqadaları, ordunun çevik reaksiya qüvvələri və hücum helikopterləri İran, Azərbaycan və Ermənistanla sərhəddə yerləşdirilib. İran İslam Respublikasının aydın mövqeyi regionun tarixi və geosiyasi sərhədlərinin dəyişməsinə imkan verməməkdir", - o qeyd edib. 

Hüseyni əlavə edib ki, Ermənistan və Azərbaycanın İranla sərhəd zonasında təkcə İran ordusunun qoşunları deyil, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi hissələri də tam döyüş hazırlığındadır. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR