Ukrayna ordusu Xerson vilayətinin Novaya Kamenka – Berislav istiqamətində hücuma keçib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Xersondakı qondarma qurumun nümayəndəsi Kirill Stremousov deyib.
“Ukrayna ordusu 128-ci dağ-hücum briqadasının iki batalyonu və 17-ci briqadanın tank batalyonunun iştirakı ilə hücuma keçib”, - Stremousov bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusu hücumdan əvvəl artilleriya hazırlığı aparıb. /Axar.az


jpg-1666173888.jpg)













