• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İran qırmızı xəttini elan etdi

DÜNYA

16 Oktyabr 2023 | 17:54

İran qırmızı xəttini elan etdi

Tehran üçün İsrailin Qəzza zolağında quru əməliyyatı qırmızı xətt olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi sədrinin müavini İbrahim Əzizi deyib.

“İsrail Qəzzanın işğalının qırmızı xətt olduğunu, Fələstinin də onlardan bu kobud səhvi gözlədiyini dərk etməlidir. Əgər İsrail rejimi belə bir addım atsa və Qəzza zolağına raket hücumlarını dayandırmasa, indiki kimi ona qarşı təkcə bir deyil, bir neçə hərbi əməliyyat cəbhəsinin yarandığını gözləməli olacaq”, - Əzizi bildirib.

Onun sözlərinə görə, Fələstin müqavimət cəbhəsinin demək olar ki, sərhədləri yoxdur və İsrail onunla harada qarşılaşsa, mütləq hücuma məruz qalacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026