• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İran Rusiyaya yeni PUA-lar göndərir

DÜNYA

01 Noyabr 2022 | 17:45

İran Rusiyaya yeni PUA-lar göndərir

“İran noyabrın əvvəlində Rusiyaya 200-dən çox pilotsuz uçuş aparatlarından ibarət partiya göndərməyi planlaşdırır”.

Bakıvaxtı.az “Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb. 

Məlumata görə, sözügedən partiyaya “Shahed-136”, “Mohajer-6” və “Arash-2” dronları daxil olacaq. 

Bildirilir ki, PUA-lar Həştərxan limanı vasitəsilə Rusiyaya tədarük ediləcək: “Dronlar Rusiyaya tam qurulmuş halda deyil, hissələrə ayrılmış şəkildə göndəriləcək. Onlar daha sonradan Rusiya ərazisində qurulacaq, rənglənəcək və üzərinə Rusiya nişanı (“Geran-2”) vurulacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR