• Bakı 20° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Nikol Paşinyan Filip Rikerlə görüşdü

DÜNYA

01 Dekabr 2022 | 17:03

Nikol Paşinyan Filip Rikerlə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

Bakıvaxtı.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin administrasiyası bildirib.

Məlumata görə, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib.

Bildirilib ki, görüşdə ABŞ-la Ermənistan arasında strateji dialoqa da toxunulub.

Qeyd edək ki, baş müşavirin Ermənistana səfəri dekabrın 4-dək davam edəcək. Xatırladaq ki, o, İrəvandan əvvəl Bakıda və Tblisidə səfərdə olub.


SON XƏBƏRLƏR