• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İranda daha bir SEPAH zabiti öldürüldü

DÜNYA

20 Sentyabr 2022 | 20:17 | Müəllif: Subhan Mahmudov

İranda daha bir SEPAH zabiti öldürüldü

SEPAH zabiti Əli Sərvaninin Gülüstan əyalətinin Ramiyan şəhərinin Rzaabad kəndində etnik bəluçlar arasında baş verən münaqişənin yatırılması üçün keçirilən əməliyyat zamanı öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, İran mediası adı çəkilən zabitin havaya atəş açdığını iddia etsə də, bəluç fəallar sosial mediada yaydıqları məlumatda Əli Sərvaninin əhaliyə bir başa atəş açmasına cavab olaraq ov tüfəngi ilə vurulduğunu qeyd ediblər.

Onlar münaqişə zamanı SEPAH zabitinin bir neçə mülki şəxsi yaraladığını, onlardan bir neçəsinin vəziyyətinin ağır olduğunu yazıblar.

Fəallar hadisədən sonra onlarla etnik bəluçun həbs edildiyini və hökumət qüvvələrinin başqa həbslər həyata keçirmək üçün əməliyyatlar apardığını bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR