• Bakı 22° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İranda son bir ayda 9 qadın qətlə yetirilib

DÜNYA

14 Noyabr 2023 | 21:21 | Müəllif: Subhan Mahmudov

İranda son bir ayda 9 qadın qətlə yetirilib

İranda bir aydan az müddət ərzində doqquz qadın və qızın ər və ya qardaşı tərəfindən öldürülməsi faktı qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, son ayda qətllər İranın Babol, Ənzəli, Zabol və Şiraz şəhərlərində daha çox törədilib.

Bir sıra insan haqları təşkilatlarının statistik göstəricilərinə əsasən, bu ilin son 6 ayında İranda ən azı 52 qadın öldürülüb. Bu qadınlardan 28-i əri tərəfindən, dördü nişanlısı, üçü keçmiş əri, səkkizi atası, altısı isə qardaşları tərəfindən qətlə yetirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026