• Bakı 19° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.6703

    RUB - 0.0285

İranda sutka ərzində koronavirusdan 67 nəfər ölüb

DÜNYA

17 Avqust 2022 | 15:23

İranda sutka ərzində koronavirusdan 67 nəfər ölüb

İranda ötən sutka ərzində 4 824 nəfər koronavirusa (COVID-19) yoluxub, 67 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 143 160 nəfərə çatıb, yoluxanların sayı isə 7,49 milyondan çoxdur. Virus daşıyıcılarından 1 428 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7,2 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 53,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 153 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,2 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 30,3 milyon təşkil edir.


SON XƏBƏRLƏR

24 Sentyabr 2022