• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Vladimir Putin və İmomali Rahmon arasında görüş oldu

DÜNYA

16 Sentyabr 2022 | 12:51

Vladimir Putin və İmomali Rahmon arasında görüş oldu

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) geniştərkibli sammitindən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Tacikistan Prezidenti İmomali Rahmon arasında qısa görüş olub.

Bakıvaxtı.az  xəbər verir ki, məlumatı “Sputnik Tadjikistan” yayıb.

Bildirilib ki, Rusiya lideri tacikistanlı həmkarı ilə danışdıqdan sonra beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrova tərəf dönərək qısa söhbət edib.

Onun tacikistanlı həmkarı ilə görüşü əvvəlcədən planlaşdırılmayıb.

Xatırladaq ki, hazırda Tacikistanla Qırğızıstan arasında dövlət sərhədində atışma gedir.

Qeyd edək ki, Özbəkistanın Səmərqənd şəhərində sentyabrın 15-16-da ŞƏT-in zirvə toplantısı keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR