İranın Sistan və Bəlucistan vilayətinin mərkəzi Zahedanda zəlzələ nəticəsində xəsarət alanların sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, xəsarət alanların sayı 71 nəfərə çatıb.
Qeyd edək ki, ötən gecə Zahedanda 4,7 bal gücündə zəlzələ baş verib.
***
09:30
İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində baş verən 4,7 maqnitudalı zəlzələ nəticəsində 25 nəfər yaralanıb.
Bakıvaxtı.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə Zahidandakı Xatəmül-Ənbiya xəstəxanasının baş həkimi Məhəmməd Rza Mirhadi bildirib.
Onun sözlərinə görə, insanlar pilləkəndən düşəndə, eləcə də, çarpayıdan yıxılan zaman yaralanıblar. Onlara hospitalda tibbi yardım göstərilir.
Bildirilib ki, zəlzələ 10 km dərinlikdə baş verib.
















