İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətinin səfəri birbaşa Azərbaycanın Füzuli şəhərindən başlayır.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “Twitter”də bildirib.
*** 12:03
Bu gün İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın İrandakı səfiri Əli Əlizadə özünün rəsmi tviter hesabında paylaşıb.
İranın nümayəndə heyəti, həmçinin işğaldan azad olunan torpaqlara da səfər edəcək.

















