İraq ABŞ və Böyük Britaniyanın Yəmənə hücumuna münasibət bildirib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, İraqın baş nazirinin siyasi müşaviri Fadi əl-Şəmmari Qərbin bu addımı “axmaqlıq” adlandırıb.
Onun sözlərinə görə, Qərb ölkələri bununla münaqişənin miqyasını genişləndirirlər.
"İraq dövlətləri gərginliyi artırmamağa çağırır”.
Qeyd edək ki, yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya Yəməndə husilərin mövqelərinə zərbələr endirib. Yəmənin paytaxtı Səna şəhəri raket hücumuna məruz qalıb. Yəmənin husilərin nəzarətində olan digər şəhərlərində də partlayışlar baş verib.
Günəş Mərd
















