• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İrəvanda rus sərhədçilərə qarşı aksiya: Rədd olun!

DÜNYA

03 Mart 2024 | 09:00

İrəvanda rus sərhədçilərə qarşı aksiya: Rədd olun!

İrəvanın Zvartnots hava limanı yaxınlığında aeroportda xidmət edən Rusiya sərhədçilərinin oradan çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

"Ermənistan Respublikasının vətəndaşı olan ləyaqətli erməni üçün əcnəbinin öz ölkəsinin, evinin qapısını mühafizə etməsi, ölkəyə kimin buraxılıb-buraxılmayacağına əcnəbinin qərar verməsi qəbuledilməzdir.

Gəlin birlikdə Rusiya işğalçısını Ermənistandan qovmaq və suveren dövlət yaratmaq iradəmizi ifadə edək", - aksiya iştirakçıları müraciətlərində qeyd ediblər.

Aksiyada "Rusiya düşməndir", "Rusiya alçaqdır", "Rusiya, Ermənistandan rədd ol" şüarları səsləndirilib./axar.az


SON XƏBƏRLƏR

26 Iyul 2024