• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Pentaqon: Şimali Koreya Rusiyanı silahla təmin etməyə davam edir

DÜNYA

02 Aprel 2024 | 07:37

Pentaqon: Şimali Koreya Rusiyanı silahla təmin etməyə davam edir

Rusiya ilə Şimali Koreya arasında tərəfdaşlıq inkişaf etməkdə davam edir, KXDR Rusiyaya dəstək göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinqh deyib.

Onun sözlərinə görə, silah tədarükü artmaqda davam edir. Sinqh qeyd edib ki, söhbət müxtəlif növ silahdan gedir.

“Biz Rusiyanın Ukraynadakı müharibəsinə dəstək almağa davam etmək üçün Şimali Koreya, İran kimi tərəfdaşlara müraciət etdiyini görürük. Bilirsiniz ki, hər nə qədər vaxt aparsa da, biz Ukraynanın yanında olacağıq”.


SON XƏBƏRLƏR

21 May 2026