• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İsmayıllıda 1,5 ton çətənə kolu məhv edilib

HADİSƏ

26 Avqust 2021 | 09:30

İsmayıllıda 1,5 ton çətənə kolu məhv edilib

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Cülyan kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 565 kiloqram olan 1711 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.


İsmayıllıda 1,5 ton çətənə kolu məhv edilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026